Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Neftçi” -“Sabah” matçı qolsuz bərabərliklə başa çatıb.
KONKRET.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Neftçi” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
-Bu gün “Sabah” bir xal qazandı, yoxsa iki xal itirdi?
-Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq erkəndir. Bəzən itiridiyin xalları geri qaytara bilərsən. Cəmi 6 oyun oynamşıq, qarşıda 27 oyunumuz var. İki top komanda bir-biri ilə qarşılaşdı.
Oyun bir balaca çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digər rəqib. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra bəzən oyunçular oyun ritmini itirirlər. Bəzi oyunçular bu oyuna qədər bizimlə bir məşq keçirmişdi. Çalışmalıyıq ki, oyun fitnesimizi geri qaytaraq və ikinci gün çətin oyuna hazırlaşaq.
