Süni intellektlə bağlı böyük FƏLAKƏT – Şirkətlər hərəkətə keçdibackend

Süni intellektlə bağlı böyük FƏLAKƏT – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı yaxın 6–12 ay ərzində ciddi fəsadlara səbəb ola biləcək hadisənin baş verəcəyi ehtimal edilir. Bu səbəbdən sahənin aparıcı şirkətləri mümkün nəticələrə hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Anthropic”, “OpenAI” və digər şirkətlərin rəhbərləri artıq mümkün böhrandan sonrakı dövr üçün ssenarilər hazırlayırlar. Bu ssenarilərə bank xidmətlərinin və internetin fəaliyyətini, hətta elektrik enerjisi və su təchizatını poza biləcək kiberhücumlar da daxildir.

Hazırlıq çərçivəsində ən pis ehtimallar modelləşdirilir və ABŞ Konqresinin üzvləri ilə müzakirələr aparılır.

Süni intellekt şirkətləri ilk böyük insidentdən sonra qəbul edilə biləcək qanunvericilik qərarlarına əvvəlcədən təsir göstərməyə çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*