İnterpol Ermənistanda əməliyyat keçirdi – Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldübackend

İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü

İnterpolun məlumatına görə, Avropa və Orta Asiyada qanunsuz odlu silah dövriyyəsinə qarşı mübarizə aparmaq üçün misli görünməmiş əməliyyat nəticəsində 2823 ədəd kiçik və yüngül silah, təxminən 400 əl qumbarası və partlayıcı maddə, eləcə də 40.000-dən çox patron müsadirə edilib.

KONKRET.az xəbər verir ki, İnterpol tərəfindən koordinasiya edilən (22 iyun – 5 iyul) “Trigger X” əməliyyatı 17 ölkədə aparılıb və münaqişə zonalarında silah yığılmasının qanunsuz odlu silah dövriyyəsinə uzunmüddətli təsirini müəyyən edilib.

İndiyə qədər aparılan əməliyyatların nəticələri göstərir ki, müsadirə edilən qanunsuz silahların əhəmiyyətli bir hissəsi Balkanlar, Şərqi Avropa və Qarabağ da daxil olmaqla keçmiş və ya hazırkı silahlı münaqişə zonaları ilə əlaqəlidir.

Bundan əlavə, Ermənistan, Qırğızıstan və Tacikistanda sovet dövründən qalma çoxsaylı odlu silahlar müsadirə edilib və ya könüllü olaraq təhvil verilib. İstintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*