“Azərbaycanla Ermənistan arasında müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub” – Sabiq nazirbackend

"Azərbaycanla Ermənistan arasında müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub" - Sabiq nazir

Müharibənin “birinci” və “ikinci”yə ayrılmasını düzgün hesab etmirəm.

KONKRET.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“1994-2020-ci illərdə müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub. Ermənistan Respublikasının çoxsaylı təxribatları nəticəsində biz (bu dövrdə – red.) minlərlə şəhid verdik. Bu gün də müharibə bitməyib. Ermənistan ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımaqdan imtina edir. Sülh müqaviləsinin imzalanmasına qədər biz müharibə vəziyyətində olacağıq. Hazırda atəşkəs rejimi qüvvədədir”, – politoloq bildirib.

Qeyd edək ki, xalq yazıçısı Ç.Abdullayevin Birinci Qarabağ müharibəsini qəbul etmədiyi barədə açıqlamasından sonra bu barədə müzakirələr gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*