Azərbaycanla sərhəddə ermənilərə SİLAH PAYLANIRbackend

Azərbaycanla sərhəddə ermənilərə SİLAH PAYLANIR

“Teğ kənd sakinlərinə silah verilməməsi ilə bağlı iddialar yalandır”.

KONKRET.az xəbər verir ki, bunu aprelin 19-da erməni mediasına müsahibəsində “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan deyib.

“Teğ (Dığ – red.) kəndinin sakinlərinə silah verilməməsi ilə bağlı deyilənlər yalandır.

Müdafiənin təşkili problemi yarananda kəndin özünün strateji planı, döyüş şəraitində əhalinin davranış qaydaları olmalıdır.

Hər bir kəndli öz yerini bilir. Kənddə silah anbarı var, hər bir silahın kimə aid olduğu və nə vaxt verilməli olduğu qeyd olunub.

Kənd camaatına silah paylanmayıb. Lakin ehtiyac yarananda hər bir sakin bilir ki, silahı haradadır, haradan alsın, harada dayansın. Bu, digər kəndlər üçün də nümunə olmalıdır”, – Xaçatryan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*