Azərbaycanlı döyüşçü Ukraynada həlak oldu – FOTObackend

Azərbaycanlı döyüşçü Ukraynada həlak oldu – FOTO

Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda döyüşlərdə həlak olub.

KONKRET.az NOCOMMENT-ə istinadən xəbər verir ki, bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Fuad bəyin atası istefada olan hərbi həkimdir: “Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin”.

Anar Ağazadə qeyd edib ki, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hazırda Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir.

  • Garachanta
    May 5, 2022 - 07:30

    https://azpolitika.info/?p=673768
    “Putin Rusiyada etnik təmizləmə aparır”- Putin döyüşlərin ön xəttinə türkləri və müsəlmanları verir…Qəhbə Yekaterina qəbirdən çıxıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*