backend

Azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına səfəri erməniləri QICIQLANDIRDI

Azərbaycanlı mütəxəssislər Sərsəng su anbarına səfər ediblər. 

KONKRET.az xəbər verir ki, Qarabağ separatçılarının nümayəndələri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssislərinin Sərsəng su anbarına səfərini təsdiqləyiblər.

Qondarma qurumdan bildirilib ki, belə təmaslar və səfərlər İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mütəmadi olaraq həyata keçirilir və rayonun su təchizatı ilə bağlı məsələlərin həllinə yönəlib.

Avqustun 22-də məlum olan səfəri ermənilər “Sərsəng su anbarının sularından qarşılıqlı faydalı istifadə məsələsini müzakirə etmək” zərurəti ilə izah ediblər.

Sərsəng su anbarına səfər barədə məlumat ermənilərin narahatlığına və suallarına səbəb olub.

Qeyd edək ki, iki gün əvvəl “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mütəxəssisləri Sərsəng su anbarında yoxlama aparıblar və burada iki məsələ – suyun paylanması və Sərsəng ərazilərinə verilməsinin bərpası müzakirə olunub. Su anbarı altı suvarılan sahədə yerləşir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*