“Azərbaycanlılar heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub”.
KONKRET.az xəbər verir ki, Ermənistanda Azərbaycan bayrağının yandırılması barədə müzakirələr bitmir.
Dizayner Aram Nikolyanı tənqid edənlərin, onun bu hərəkətini “axmaqlıq” adlandıranların sayı artır.
“Axmaq Azərbaycan bayrağını yandıranda təlaş içərisində idi”, – deyə “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Akop Aslanyan deyib.
“Hayeli” klubunun başqa bir üzvü isə azərbaycanlıların cəsarətli addımlarından danışıb.
“Baxın, azərbaycanlı Macarıstanda necə cəsarətli hərəkət etdi. Hələ Çexiyada ermənilərə etdiklərini demirəm. Azərbaycanlılar bayraqlarını qoruyurlar, onun üçün hər şeyi gözə alırlar.
Bizim bu axmaq isə bunu başa düşmür… Kişisənsə, bunu ölkəndən kənarda etməlisən.
Azərbaycanlılar heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, – deyə Hayeli” klubunun üzvü olan İrəvan ermənisi deyib.
Xuraman Etibarlı,
KONKRET.az

Azərbaycan bayrağını yandıran və buna əmr verən də düşmənlərdir və belələrindən ağıl gözləmək mümkünsüzdü.Azərbaycanlılar hər bir ölkəyə,ölkə mədəniyyətinə,incəsənətinə,atributlarına daim hörmətlə yanaşıb. Hörmət erməyən hörmət gözləməməlidir!