“Azercell” Şuşada ilk 4G şəbəkəsini qurubbackend

"Azercell" Şuşada ilk 4G şəbəkəsini qurub

Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti Şuşada ilk 4G şəbəkəsi fəaliyyətə başlayıb.

Şirkətdən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*