“Azərişıq”da struktur dəyişikliyi – Yeni departament yaradıldıbackend

“Azərişıq”da struktur dəyişikliyi – Yeni departament yaradıldı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, ləğv edilən idarənin bazasında “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. Yeni departamentə Elsevər Rüstəmli rəis təyin edilib: “Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə işləyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*