“Zira Agro Organik” MMC “Azərsu” ASC-ni məhkəməyə verib.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Şirkət müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (istehlak edilmiş su) barədə tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: “Zira Agro Organik” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Rzayev Ruslan Mürüvvət oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 10.11.2017 -ci ildir.
