“Azərsun Holding” yanğınla bağlı məlumat YAYDIbackend

“Azərsun Holding” yanğınla bağlı məlumat YAYDI

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumat şirkətin “Facebook” səhifəsində paylaşılıb.

Bildirilib ki, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb.

“Ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək”, – deyə paylaşımda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*