Aziz Yıldırıma cəza: 1 il yarışları canlı izləyə bilməyəcəkbackend

Aziz Yıldırıma cəza: 1 il yarışları canlı izləyə bilməyəcək

Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırım cəzalanıb.

KONKRET.az-ın məlumatına görə, buna qadın basketbolçulardan ibarət “Yakındoğu Universiteti” komandasının oyunu zamanı baş verənlər səbəb olub.

Yıldırım oyun zamanı “Yakındoğu Universiteti”nin prezidenti İşık Eyigüngörə hücum çəkib. Buna görə istintaqa cəlb olunan sabiq klub prezidenti 6 min Türkiyə lirəsi cərimə olunub. O, həm də 1 il müddətinə idman yarışlarını canlı izləmək qadağası ilə üzləşib. Eyni hadisədə günahlandırılan Eyigüngör isə bəraət alıb. //APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*