Azyaşlı qızı boğaraq öldürüb meyitini çaya atdılar – FOTObackend

Azyaşlı qızı boğaraq öldürüb meyitini çaya atdılar - FOTO

Başqırdıstanın Ufa şəhərində uşaqlar 8 yaşlı qızı boğaraq, meyitini çaya atıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Başkırdıstan” dövlət telekanalı məlumat yayıb.

Bildirilib ki, uşaq axşam evə qayıtmadığına görə, qızın anası polisə müraciət edib. Bir müddət sonra onun cəsədi şəhərdə axan çaydan tapılıb.

İlkin məlumata görə, uşaqlar oyun zamanı qızı boğublar və əməllərindən qorxaraq, cəsədi çaya atıblar.

Cinayətin törədilməsində 13 yaşlı yeniyetmə şübhəli bilinir, onunla müvafiq istintaq hərəkətləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*