Babayev: Əlillik almaq çətindirsə, 41 min insan onu necə alıb?!backend

Babayev: Əlillik almaq çətindirsə, 41 min insan onu necə alıb?!

“Təkcə bu il 40700 şəxsə əlillik təyin etmişik”.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı o qeyd edib:

“Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?! Əlilliyin alınması 2 mərhələdən ibarətdir. Birincisi, tibb müəssisələrində şəxs yoxlama. Məlumatlar elektron şəkildə nazirliyə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*