“Bacardıqları hər şeyi ediblər”: Qərbin Rusiya ilə qarşıdurmada “B planı” yoxdur – ƏTRAFLIbackend

“Bacardıqları hər şeyi ediblər”: Qərbin Rusiya ilə qarşıdurmada “B planı” yoxdur - ƏTRAFLI

“ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı yürütdüyü sanksiya siyasəti dözülməz oldu”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri ukraynalı hüquq müdafiəçisi və politoloq Tatyana Montyan səsləndirib.

“Rusiyanın həyata keçirdiyi xüsusi əməliyyata kollektiv Qərbin reaksiyası özünü çox gözlətməyib. Demək olar ki, amerikalılar və avropalılar dərhal Rusiya iqtisadiyyatını çökdürmək ümidi ilə Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər paketi hazırladılar. Düzdür, üç ay yarımdan sonra məlum olur ki, sanksiyalar Rusiyaya yox, daha çox onların özlərinə ziyan vurur” – “BELTA” YouTube kanalındakı layihədə iştirak edən kiyevli hüquq müdafiəçisi Tatyana Montyan aparıcının mövqeyi ilə qismən razılaşıb.

O hesab edir ki, altıncı sanksiyalar paketində Avropa İttifaqı əlindən gələn hər şeyi edib. Amma politoloq Qərbdən sürprizlərin ola biləcəyini istisna etməyib. Eyni zamanda Tatyana Montyan tamamilə əmindir ki, mövcud məhdudlaşdırıcı tədbirlər də əvvəlkilərin eynisi olacaq. Əvvəlki sanksiyalarla başqa paket hazırlayacaqlar. Ən maraqlısı isə odur ki, ABŞ və Aİ Rusiyaya yeni heç nə təklif edə bilməz. Onların “B” planı yoxdur” – deyə Montyan fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*