Badalyandan Gorus-Qafan yolunda Azərbaycan postunun qurulmasına – REAKSİYAbackend

Badalyandan Gorus-Qafan yolunda Azərbaycan postunun qurulmasına - REAKSİYA

Avqustun sonunda ölkənin bir sıra ictimai və siyasi xadimləri, o cümlədən mənNikol Paşinyanın Gorus-Qafan dövlətlərarası avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində polis məntəqələrinin yaradılmasına razılıq verdiyini bildiridim. Yalnız bundan sonra Azərbaycan tərəfi avtomobil yolunun blokdan çıxarılmasına icazə verdi və hərəkət bərpa edildi.

KONKRET.az xəbər verir ki, bu barədə xalq hərəkatının fəallarından olan Mika Badalyan fikir səsləndirib. O bildirib ki, xain rejimin nümayəndələri Nikol Paşinyanla İlham Əliyev arasında sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlı gizli razılaşmanın olduğunu hər cür inkar ediblər: “Belə qorxaq məxluqlardan biri də Sərhəd Qoşunlarının komandanı polkovnik Arman Maralçyandır. O avqustun  28-də rəsmən bəyan etdi ki,  “heç bir keçid məntəqələri yaradılmayacaq, yol bütün növ nəqliyyat vasitələri üçün açıqdır”. Arman Maralçyan, sən bundan sonra kimsən?” – Badalyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*