Yaponiya hökuməti Çin, Rusiya və Şimali Koreyadan qaynaqlanan təhlükələri əsas gətirərək ölkənin hərbi potensialını artırmağı planlaşdırır.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Yaponiya hökuməti son “Müdafiə üzrə Ağ Kitab” sənədində hərbi güclənməni təkcə ölkənin müdafiəsi üçün deyil, həm də iqtisadi inkişafın mühüm vasitəsi kimi təqdim edir.
Sənəddə bildirilir ki, silah istehsalının genişləndirilməsi iqtisadi artıma da töhfə verə bilər”, – deyə bildirilib.
Yaponiyanın Müdafiə Nazirliyinin illik hesabatında müdafiə xərclərinin artırılması Çin, Rusiya və Şimali Koreyadan gələn strateji təhdidlər, eləcə də Ukrayna müharibəsindən çıxarılan dərslərlə əsaslandırılır.
Hesabatda vurğulanır ki, dünya “yeni böhranlar dövrünə” qədəm qoyub və Hind-Sakit okean regionunda təhlükəsizlik vəziyyəti getdikcə daha gərginləşir.
