Türkiyənin İzmir şəhərində CHP-nin idarə etdiyi Menderes Bələdiyyəsində rüşvət və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində polis əməliyyatı keçirilib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, əməliyyat zamanı Menderes bələdiyyəsinin sədri İlkay Çiçək də daxil olmaqla ümumilikdə 21 nəfər saxlanılaraq polis nəzarətinə götürülüb.
Bildirilir ki, saxlanılan şəxslər hazırda polis bölməsində dindirilir. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
