Bağdadda “Yaşıl zona” raket atəşinə TUTULDUbackend

Bağdadda "Yaşıl zona" raket atəşinə TUTULDU

Bağdadın mərkəzində, İraq hökumət idarələrinin yerləşdiyi “Yaşıl zona”nın yaxınlığına üç raket düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Al-Hədath” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Raketlərin paytaxtın şərq rayonundan atıldığı bildirilir.

Məlumata görə, respublika Prezidenti Bərham Saleh bu dəqiqələrdə “Yaşıl zona”da yerləşən İraqın Nümayəndələr Şurasının (Parlament) binasına gəlib.

Qeyd edək ki, oktyabrın 13-də İraq parlamentində prezident seçkisi keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*