Bağdasarov: ”Erməni kimliyinin tam məhvi daha müasir üsullarla baş verəcək”backend

Bağdasarov: ”Erməni kimliyinin tam məhvi daha müasir üsullarla baş verəcək"

“Aydındır ki, Rusiyanın əsas istiqaməti Ukraynadır, Moskva hələ Zaqafqaziyaya diqqət ayıra bilmir. Amma bu bölgədə baş verənlər çox təhlükəli tendensiyaya malikdir. Bu da ilk növbədə indiki rəhbərliyin siyasəti, yəni Ermənistanın Türkiyə ilə yaxınlaşmasıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi mərkəzinin direktoru Semyon Bağdasarov “Ermənistanda yerli əhali üçün təhlükə artır” sərlövhəli məqaləsində vurğulayıb. O, Ermənistanın Türkiyə ilə tərəfdaşlığının nəyə gətirib çıxara biləcəyini açıqlayıb:

“Mən heç bir yaxınlaşmanın əleyhinə deyiləm. Amma suallar var və birinci sual odur ki, bu münasibətlərin erməni xalqına nə faydası var. İkinci sual isə bunun Rusiyaya nə təsiri olacaq, hansı təhlükələr yaranacaq?

Acariya, bildiyimiz kimi, Gürcüstanın bir hissəsidir. Amma hamı bilir ki, indi Türkiyənin orada təsiri kəskin şəkildə artıb. Əslində, o, hüquqi cəhətdən Gürcüstanın bir hissəsi olmaqla, Türkiyənin də ərazisi olub.

Beləliklə, erməni kimliyinin tam məhvi indiki Ermənistan dövlətinin ərazisində baş verəcək. Heç bir talan, deportasiya olmayacaq. İndi daha müasir üsullar var, yəni daşınmaz əmlakın, aktivlərin alınması və erməni etnik qrupunun Ermənistan dövlətindən tədricən köçürülməsi, bu da erməni kilsəsi ilə bağlı problemlərə gətirib çıxaracaq. Yəqin ki, 5, 10, maksimum 15 ilə ermənilər oradan çıxarılacaq”, – deyə Bağdasarov bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*