“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi vəfat edib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib.
Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir.
Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub.
