Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər TƏYİN EDİLDİbackend

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.

KONKRET.az xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, – məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*