Bakı İrəvana qaz nəqlindən nə qədər pul alacaq? – AÇIQLAMAbackend

Bakı İrəvana qaz nəqlindən nə qədər pul alacaq? - AÇIQLAMA

Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” qaz boru kəmərinin təmiri ilə əlaqədar müvəqqəti olaraq – 3 həftə – Azərbaycan ərazisindən həyata keçiriləcək.

Maraqlıdır, SOCAR-ın “Qazprom Export” şirkəti ilə imzaladığı müqavilənin tranzit xərci nə qədərdir?

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu məlumatlar kommersiya sirri hesab olunduğu üçün açıqlanmır:

”Bu məlumatı “Qazprom” şirkətinin kommersiya maraqları da nəzərə alınaraq, birtərəfli şəkildə açıqlamaq biznes etikasına zidd olar.

Həmçinin qeyd edim ki, Rusiya ilə əldə olunmuş razılıq rus qazının Gürcüstana nəqli ilə bağlıdır. Yəni Azərbaycan ərazisindən Gürcüstana nəql olunur. Oradan haraya getməsi ilə bağlı Azərbaycan qərar vermir, amma bəllidir ki, bu qazın ən azından bir hissəsi Gürcüstan üçün nəzərdə tutulur”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*