Bakı limanı “ağıllı” limana çevriləcəkbackend

Bakı limanı "ağıllı" limana çevriləcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2035-ci ilədək inkişaf strategiyası onun “ağıllı” limana çevrilməsini nəzərdə tutur.

KONKRET.az xəbər verir ki, bu sözləri limanın beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Aynur Səmədova deyib.

Onun sözlərinə görə, “yaşıl” və “ağıllı” limanın yaradılması və inkişafı strategiyası Avropa İttifaqı tərəfindən hazırlanıb.

“Yaxın perspektivdə “ağıllı” liman layihəsinin reallaşdırılmasına başlamaq planlaşdırılır. Bununla bağlı olaraq müxtəlif istiqamətlərdə beynəlxalq əməkdaşlıq qurulub, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması və kağız daşıyıcılardan imtina olunması üzrə işlər aparılır”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*