Bakı metrosu uzadılmış iş rejimində çalışacaqbackend

Bakı metrosu uzadılmış iş rejimində çalışacaq

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*