Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində problem yarandıbackend

Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində problem yarandı

“Sahil” stansiyasında “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

Bakı Metropoliteninin Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvaviq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb.

“28 May” stansiyasında qapıya təkrar baxış keçirilib işarəvermə sistemi yoxlanılıb.

Hər hansı bir texniki problemin olmadığına əminlik yarandığından “Gənclik” stansiyasından başlayaraq qatar sərnişinlərlə yoluna davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*