Bakı metrosunda nə baş verir? Yüzlərlə sərnişin qatarlarda qaldı – SƏBƏB AÇIQLANDIbackend

Bakı metrosunda nə baş verir? Yüzlərlə sərnişin qatarlarda qaldı – SƏBƏB AÇIQLANDI

“İçərişəhər” stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə KONKRET.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub”, – məlumatda bildirilib.

***08:37

Bakı Metropoliteni” qatarlarda yaranmış problemlə bağlı məlumat yayıb.

“İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə intervalların bərpa olunacaq.
Yaşıl və Bənövşəyi xətlərdə qatarların qrafikə uyğun olaraq hərəkət edir”, – məlumatda bildirilib.

***08:18

Sentyabrın 14-də səhər saatlarında Bakı Metropolitenində problem yaranıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, saat 07:40 radələrindən etibarən “Həzi Aslanov”–“İçərişəhər” istiqamətində qatarların hərəkəti dayanıb.

İlkin məlumata görə, yüzlərlə sərnişin metro stansiyalarında və qatarlarda gözləməli olub.

Qatarların hərəkətinin dayanmasına səbəb hələlik məlum deyil.

Problem hazırda davam edir.

Bakı Metropoliteni”ndən bildirilib ki, qırmızı xətdə problem yaranıb, tezliklə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*