Ukraynalı Lyubov Rojanskaya Qazaxıstanı tərk edib.
KONKRET.az xəbər verir ki, bunu onun vəkili Aleksey Pryanişnikov bildirib. Vəkilin sözlərinə görə, Rojanskaya Avropa İttifaqı ölkələrindən birinə yola düşə bilib.
Rojanskaya oktyabrın 1-də Astanada Rusiyanın sorğusu ilə “uşağın oğurlanması” şübhəsi ilə saxlanılmışdı. Saxlanılmasından üç gün sonra Qazaxıstan məhkəməsi onun barəsində qətimkan tədbiri seçməli idi. Lakin bu baş vermədi və qadın istintaq təcridxanasından azad olundu. Vəkilin sözlərinə görə, bundan sonra o, ölkədən çıxıb.
Ukraynalı qadın Astanaya 2021-ci ildə anası tərəfindən Rusiyaya aparılmış nəvəsini geri götürmək üçün gəlmişdi. Oğlanın anası özü və oğlu üçün Rusiya vətəndaşlığı almışdı. Ukraynada atanın iddiası üzrə keçirilən məhkəmə proseslərinin nəticəsində uşağın yaşayış yeri kimi atanın yaşadığı Odessa müəyyən edilmişdi. Məlumata görə, uşağın atası Ukrayna ordusunda xidmət edir.
Vəkilin sözlərinə görə, Ukraynadakı qohumlar bir neçə il ərzində oğlanın Ukraynaya qaytarılması barədə anası ilə razılığa gəlməyə çalışıblar. 2023-cü ildə Kaliningrad vilayətinə Lyubov Rojanskayanın vəkil etdiyi iki ukraynalı nəvəni götürmək üçün gəlmişdi. Hər ikisi saxlanılıb və 2025-ci ilin oktyabrında Rusiya sərhədini qanunsuz keçmək, casusluq və adam oğurlamağa cəhd ittihamları ilə 15 və 16 il ağır rejimli koloniyada həbs cəzasına məhkum edilib.
Rojanskayanın azad edilməsinə Ukrayna hakimiyyəti, o cümlədən Xarici İşlər Nazirliyi və ölkənin ombudsmanı Dmitri Lubinets cəhd göstərib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
