İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin uranın zənginləşdirilməsindən imtina etməyəcəyini və zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyəcəyini bildirib.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, İslami jurnalistlərə açıqlamasında uranın zənginləşdirilməsini İranın elmi və texnoloji inkişafının ayrılmaz hissəsi olduğunu bildirib, ABŞ-nin bu sahədəki tələblərini qəbul etməyəcəklərini vurğulayıb.
Bununla yanaşı, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyişə nail olunması üçün uranın zənginləşdirilməsi imkanlarının məhdudlaşdırılması istiqamətində konkret addımlar atmalı olduğunu bildirib.
İranın 60 faizlik səviyyəyədək zənginləşdirilmiş uran ehtiyatları Qərb ölkələrinin əsas narahatlıq mənbələrindən biridir. ABŞ Prezidenti Donald Tramp isə İranın nüvə silahına malik olmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci ildə nəşr olunmuş hesabatına görə, 90 faizlik zənginləşdirilmiş uran ehtiyatı 9 nüvə bombasının hazırlanmasına kifayət edəcək.
