Almaniyanın xarici işlər naziri İohann Vadeful “Bild” qəzetinə müsahibəsində belə bir açıqlama ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, İrkutsk vilayətində taun xəstəliyinin öyrənilməsi ilə məşğul olan institutun əməkdaşının ölümü ilə bağlı danışan nazir Moskvanı Rusiya laboratoriyalarında hansı tədqiqatların aparıldığı barədə tam şəffaflığı təmin etməyə çağırıb.
“Dünyanın cavab gözlədiyi sualları var və Rusiya onlara cavab verməyə borcludur. Biz riskə gedə bilmərik və getməyəcəyik. Zərurət yaranarsa, əhalimizi qorumaq üçün Avropa İttifaqı hərəkət azadlığının məhdudlaşdırılması istiqamətində qətiyyətli tədbirlər görməli olacaq”, – deyə almaniyalı siyasətçi bildirib.
Bundan əvvəl ABŞ, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada laboratoriya əməkdaşının ölümü ilə bağlı yayılan məlumatlardan narahatlıqlarını ifadə ediblər.
Rusiyada ağciyər taununa yoluxmanın ikinci mümkün halı barədə məlumatların yayılmasından sonra ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Moskvanı vəziyyətə aydınlıq gətirməyə çağırıb.
Kreml isə mətbuatda yayılan məlumatları tənqid edərək onları “dezinformasiya” adlandırıb.
Bir gün əvvəl İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə əlaqədar tətbiq edilmiş karantin rejimi ləğv olunub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
