Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.
