Quba rayonunda avtomobil qəzası olub.
KONKRET.az xəbər verir ki, hadisə Quba-Xınalıq yolunda qeydə alınıb. Belə ki, “Hyundai SantaFe” markalı minik avtomobili qəzaya uğrayıb. Qəza zamanı Bakı şəhər sakinləri – 1987-ci il təvəllüdlü Elvin Məmməd oğlu Budaqov və 1997-ci il təvəllüdlü Ərturan Aqil oğlu Həşimzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.”Report”
