FHN-də mühüm təyinat: Onun yerinə kim gətirildi?backend

FHN-də mühüm təyinat: Onun yerinə kim gətirildi?

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub.

Sumqayıt Regional Mərkəzinin boş qalan rəis vəzifəsinə isə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev təyin edilib.

Vüqar Ağayev artıq Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində yeni vəzifəsinin icrasına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*