Xəzərdə əməliyyat, 44 gəmi saxlanılıbbackend

Xəzərdə əməliyyat, 44 gəmi saxlanılıb

Qazaxıstanın Xəzər dənizi sahillərində əməliyyat keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildiriib ki, oktyabr ayı ərzində digər dövlət qurumları ilə birgə keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 qanun pozucusu və 44 kiçikhəcmli gəmi saxlanılıb.

Qeyd olunub ki, əməliyyat zamanı 11,5 kiloqram narkotik vasitə və qanunsuz balıq ovu üçün istifadə edilən ümumi uzunluğu 88 kilometr olan ov alətləri müsadirə edilib.

Bundan başqa, balıq torlarında aşkarlanan 2337 nərə və digər növ balıq xilas edilərək yenidən təbii yaşayış mühitinə buraxılıb.

Qanun pozuntularına görə ümumilikdə 4,5 milyon tengedən çox inzibati cərimə tətbiq olunub.

Komitənin məlumatına əsasən, görülən tədbirlər nəticəsində dövlətə 840 milyon tengedən çox ziyanın vurulmasının qarşısı alınıb.

Sərhəd Xidməti vətəndaşlara dənizdə müəyyən edilmiş qaydalara riayət etməyin vacibliyini xatırladıb./modern

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*