Bakı sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildibackend

Bakı sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi

Qəbələdən qayıdan Bakı sakinləri qidadan zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirlib.

KONKRET.az xəbər verir ki, Qəbələdə istirahətdən qayıdan Bakı sakinlərinin yolda vəziyyəti pisləşib. Qidadan zəhərlənməsi ehtimal olunan Bakı sakinləri, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1994-cü il təvəllüdlü Süleymanlı Bikəxanım Hafiz qızı, 1952-ci il təvəllüdlü Sultanova Sidiqə Məmmədağa qızı və 2010-cu il təvəllüdl Məmmədli Soltanəli Rövşən oğlu zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*