“Bakı görüş barədə təklifimizə reaksiya verməyib”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına Qarabağdakı qondarma qurumun “mətbuat katibi” Lusine Avanesyan deyib.
Ötən həftə xəbər vermişdik ki, Qarabağın erməni icması Rusiya sülhməramlı missiyası vasitəsilə öz yerləşdikləri yerdə Azərbaycan tərəfinə görüş keçirilməsi təklifini təqdim edib.
Lusine Avanesyan Azərbaycanın bu təklifə cavab vermədiyini deyib.
“Xeyr, hələlik heç bir reaksiya yoxdur”, – deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezident Administrasiyası bəyanat yayaraq “Qarabağ nümayəndələrinin aprelin ilk həftəsində Bakıda reinteqrasiya məsələlərini, eləcə də Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün görüş keçirdiklərini” təklif etmişdi.
Xuraman Etibarlı,
KONKRET.az
