Bakıda 1 yaşlı körpə yol qəzasında ağır xəsarət aldıbackend

Bakıda 1 yaşlı körpə yol qəzasında ağır xəsarət aldı

Bakının Xətai rayonunda 1 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Babək prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü D.Ağazadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*