Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcəkbackend

Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

30 aprel 2022-ci il saat 08:00-dan 01 may 2022-ci il saat 20:00-dək Azadlıq prospektində təmir işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyindən KONKRET.az-a verilən məlumata görə, bununla əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*