Bakıda 45 yaşlı qadını avtomobil vurdubackend

Bakıda 45 yaşlı qadını avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Babayeva Cəmilə Qurban qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və sol bud sümüyünün, qasıq oturaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*