Bakıda avtomobil aşdı: Ölən varbackend

Bakıda avtomobil aşdı: Ölən var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*