Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilibbackend

Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ” şüarını səsləndiriblər.

Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.

Qeyd edək ki, aksiya respublikamızın digər şəhər və rayonlarda da təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*