Bu gün Bakıda baş verən və iki nəfərin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.
Paytaxtın Nizami rayonunda qeydə alınan qəzada “Opel” və “VAZ” markalı iki avtomobilin toqquşma anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində Orxan və Məzahir Əhmədov adlı şəxslər yerindəcə keçinib, 1993-cü il təvəllüdlü Əhmədov Məhəmməd Məzahir oğlu və 1969-cu il təvəllüdlü Vəliyev Elçin ağır xəsarət alıblar.
Həmin görüntüləri təqdim edirik:
/oxu.az/
