Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandıbackend

Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı

Bakının Sabunçu rayonunda ata və oğul bıçaqlanıb.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Fail Tofiq oğlu Məmmədov 72 yaşlı atası Tofiq Fail oğlu Məmmədovla birlikdə çayxanada əyləşərkən içəri daxil olan naməlum şəxs onlara bıçaqla hücum edib.

Nəticədə ata və oğul müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*