“Turan Tovuz” “Kəpəz”ə , “Sabah” “Araz-Naxçıvan”a qarşıbackend

"Turan Tovuz" "Kəpəz"ə , "Sabah" "Araz-Naxçıvan"a qarşı

Misli Premyer Liqasında XIII turun daha iki matçı baş tutacaq.

KONKRET.az xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. Qərb derbisi saat 16:30-da başlayacaq. “Turan Tovuz” 24 xalla 3-cü pillədə qərarlaşıb. “Kəpəz” rəqibindən bir oyun az keçirib və 18 xalla 6-cı yerdədir.

Növbəti qarşılaşmada “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. Matç Mərdəkandakı “Sabah Arena”da saat 19:00-da start götürəcək. Son çempion 24 xalla ikinci, rəqibindən bir oyun çox keçirən Naxçıvan təmsilçisi 4 xalla sonuncu yeri tutur.

Premyer Liqa

XIII tur

II dövrə

28 noyabr

16:30. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov

Tovuz şəhər stadionu

19:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

“Sabah Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*