backend

Bakıda doğuş zamanı körpə öldü

KONKRET.AZ APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qeydə alınıb.

Ələt qəsəbə sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova doğuş sancıları və uşaqlıq qanaxması ilə doğum evinə daxil olub. Doğuş zamanı körpə ölüb.

İlkin məlumata görə, uşaq ölü doğulub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*