Bakıda ev yandı: ölən və xəsarət alan varbackend

Bakıda ev yandı: ölən və xəsarət alan var

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 58 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə, bir otağının taxtadan ibarət tavanı 17 m² sahədə və dam örtüyünün taxta atmaları 48 m² sahədə, bitişik, ümumi sahəsi 8 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili 5 m² sahədə yanıb.

KONKRET.az-ın xəbərinə görə, yüksək temperaturdan evin digər otağının tavanı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*