Bakıda güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQbackend

Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, yağış yağacağı gözlənilir.

KONKRET.az xəbər verir ki. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*