***16:38
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fotolar və video əlavə olunub.

.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
***16:19
Bakıda güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğının Xətai rayonu ərazisində olduğu bildirilir. Qeyd edilir ki, hazırda ərazidə yanacaq çəni yanır.
