Azərbaycanda qarşıdakı günlərdə havanın kəskin istiləşəcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə yaxınlaşacağı, hətta daha yüksək olacağı bildirilir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, müasir meteoroloji aparatlar və cihazlar hava ilə bağlı dəqiq məlumatların əldə olunmasına imkan verir:
“Lakin meteoroloji müşahidə imkanlarımız hələ də istənilən səviyyədə deyil. Meteoroloji stansiyaların sayının artırılmasına ehtiyac var. Deyirlər ki, qarşıda çox isti və müsibətli yay gəlir. Amma təşviş yaratmağa ehtiyac yoxdur. Azərbaycanda 44 dərəcəyə çatan, eləcə də 30-40 dərəcə arasında temperaturun müşahidə edildiyi illər çox olub”.
Ə.Əliyev bildirib ki, Bakı və Abşeron yarımadasında Xəzər dənizi temperaturun sabitləşməsinə və havanın yumşalmasına təsir göstərir:
“Lakin son dövrlərdə Xəzərin bu tənzimləyici funksiyasının əvvəlki qədər güclü olmadığını da müşahidə edirik. Ona görə də havanın necə olacağını günlər, hətta həftələr öncədən böyük təşvişlə proqnozlaşdırmağın mənası yoxdur. Havanın necə olacağı 3 gün öncədən bilinir, günlər və ya həftələr əvvəldən yox”.
Ekoloqun sözlərinə görə, iyul və avqust aylarında, xüsusilə isti günlərdə insanlar ilk növbədə ehtiyatlı olmalıdırlar:
“Yaşlı insanların mümkün qədər günün ən isti saatlarında evdən çıxmaması daha məqsədəuyğundur. Məcburən çölə çıxan insanlar isə diqqətli olmalıdırlar. Kölgəliklərdən, yaşıllıq ərazilərdən istifadə etmək, günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq”.

Sən öz verdiyin proqnoza utandın heç ə səndən yox ey deyirlər isti olacaq durub kitab açırsanki bakıda belə istilər olub 44 40 dərəcə yəni sınin sözünnən belə çəxırki istilər olacaq amma biz dözümlü xalqıq 50 dərəcədə olsa dözəcəyik paz soxsalarda dözümlü xalqıq bilirsən denən olmayacaq bilmirsən sənə ekoloq deyənin təpəsinə saş düşsqn bəli qarşıdakı günlərdə təxminən 4 gün sonra avqustun sonuna kimi dəşhətli istilər yenə tüğyan edəcək elə istilərdədə 40 dərəcəyə olan istidə iş dayandırılmalldır axşam sərini işlənməlidir sizsə konlardan əlbir olub dərəcəni həmişə aşağı deyirsiniz siz 38 dərəcə deyəndə bakıda günün altında 45 46 dərəcə olur siz məekəzi aran zonasına 39 deyəndə gölgədə 40 günün altında 51 52 dərəcə olur bunu demirsən günün altına az ııxın kölgədən istifadə edin deyib elə bil həkim zadsan sənə həkimlik demədilər hava haqqında məlumat ver dedilər adıda bilmirəm bəelə bilməsəm yaxşədır